TÜRKİYƏDƏ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ HƏLAK OLANLARIN SAYI 42 310 NƏFƏRƏ ÇATIB

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 42 310 nəfərə çatıb.

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.