TÜRKİYƏDƏ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ HƏLAK OLANLARIN SAYI 3432-YƏ ÇATIB

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3432 nəfərə yüksəlib.

Bu barədə Türkiyə KİV-ləri məlumat verir.

Hazırkı məlumata görə, yaralıların sayı 21 min 103 nəfərdir.

Xatırladaq ki, dünən Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.