TÜRKİYƏDƏ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ HƏLAK OLANLARIN SAYI 3 549-A ÇATIB

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3 549-a yüksəlib.

Bu barədə Türkiyə KİV-ri xəbər verir.

Qeyd edilib ki, yaralıların sayı 22 168 nəfərə çatıb.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.