TÜRKİYƏDƏ ZƏLZƏLƏ BÖLGƏSİNDƏ 309 MİN MƏNZİL TİKİLƏCƏK

Zəlzələ bölgəsində 309 min mənzil tikiləcək

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Qırılma xəttinə yaxın ərazilərdə tikintiyə, köhnə yaşayış məntəqələrində bərpa işlərində çoxmərtəbəli binalara icazə verməyəcəyik”, – o bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.