TÜRKİYƏDƏ ZƏLZƏLƏ BAŞ VERİB

Türkiyənin Hatay vilayətinin Hassa rayonunda 4 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ 7,41 km dərinlikdə qeydə alınıb.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.