TÜRKİYƏDƏ TƏLİM TƏYYARƏSİ QƏZAYA UĞRADI, PİLOTLAR XİLAS EDİLDİ

Türkiyənin İzmir vilayətində Hərbi Hava Qüvvələrinin təlim təyyarəsi qəzaya uğrayıb.
KT-1 tipli təyyarə təlim uçuşu zamanı naməlum səbəblərdən dənizə düşüb.
Qeyd olunur ki, qəzadan sonra təyyarədə olan iki pilot xilas edilib. Hazırda hadisə ilə bağlı araşdırma başlayıb.