TÜRKİYƏDƏ SEL NƏTİCƏSİNDƏ HƏLAK OLANLARIN SAYI ARTIB

Türkiyədə sel fəlakətində həlak olanların sayı artıb.

Bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.

O qeyd edib ki, sel fəlakəti nəticəsində 16-sı Şanlıurfa, 2-si Adıyaman olmaqla 18 nəfər həyatını itirib.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, Türkiyədə baş verən təbii fəlakət nəticəsində yaşayış binaları, xəstəxanalar və bəzi müəssisələr, həmçinin zəlzələdən zərər çəkən sakinlərin məskunlaşdığı çadır şəhərcikləri su altında qalıb.