TÜRKİYƏDƏ RƏCƏB TAYYİB ƏRDOĞANIN SƏDRLİYİ İLƏ TƏHLÜKƏSİZLİK ZİRVƏSİ KEÇİRİLİR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada təhlükəsizlik zirvəsi keçirilir.

Türkiyə KİV-lərinin məlumatına görə, iclasda Rusiya-Ukrayna məsələsi müzakirə olunacaq.

Zirvədə Vitse-prezident Fuat Oktay, milli müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, baş qərargah rəisi, ordu generalı Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Prezidentin kommunikasiya direktoru Fahrettin Altun, Prezidentin şəxsi katibi Həsən Doğan və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın iştirak edir.