TÜRKİYƏDƏ PREZİDENT SEÇKİLƏRİNİN İKİNCİ TURU İLƏ ƏLAQƏDAR AZƏRBAYCANDA KEÇİRİLƏCƏK SƏSVERMƏNİN VAXTI AÇIQLANIB

Türkiyədə prezident seçkilərinin ikinci turu ilə əlaqədar Azərbaycanda keçiriləcək səsvermənin vaxtı açıqlanıb.

Türkiyənin ölkəmizdəki səfirliyi bildirir ki, seçkilərin ikinci turu ilə əlaqədar Azərbaycanda səsvermə mayın 20-22-də keçiriləcək.

Bu barədə Türkiyənin Bakıdakı səfirliyinin Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarına müraciətində bildirilib.

Türkiyə vətəndaşları Bakıdakı səfirliyin, həmçinin Gəncə və Naxçıvandakı baş konsulluqların binalarında səs verə biləcəklər.