TÜRKİYƏDƏ MEYMUNÇİÇƏYİNƏ İLK YOLUXMA FAKTI QEYDƏ ALINIB

Türkiyədə meymunçiçəyinə ilk yoluxma faktı qeydə alınıb.

Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Koca öz “Twitter” səhifəsində yazıb.

Qeyd olunub ki, infeksiya 37 yaşlı şəxsdə aşkar edilib.

Səhiyyə naziri həmin şəxsin təcrid olunduğunu, onun təmaslarının araşdırıldığını, digər yoluxma faktının olmadığını bildirib.