TÜRKİYƏDƏ MEŞƏ YANĞINLARININ BAŞ VERDİYİ ƏRAZİLƏR TƏBİİ FƏLAKƏT BÖLGƏSİ ELAN EDİLİB

Meşə yanğınlarından zərər çəkən bölgələrimizi “Ümumi həyata təsir edən fəlakət bölgəsi” elan edirik.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabı vasitəsilə etdiyi paylaşımında bildirib.

“Millətimizin yaralarını sarımaq, onlara dəyən zərəri qarşılamaq və imkanlarını əvvəlkindən daha da yaxşılaşdırmaq üçün bütün lazımi addımları atmağa davam edəcəyik”, – deyə Türkiyə Prezidenti qeyd edib.