TÜRKİYƏDƏ MƏDƏN PARTLAYIŞINDA HƏLAK OLANLARIN SAYI ARTIB

Türkiyənin Bartın vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində həlak olanların sayı 28 nəfərə çatıb.

Bunu bu gün ölkənin sahiyyə naziri Fəxrəddion Qoca öz “Twitter” səhifəsində açıqlayıb.

O bildirib ki, hadisə nəticəsində xəsarət almış 11 nəfərin müalicəsi isə davam edir.

Hazırda mədəndə qalmış 15 nəfərin axtarışları aparılır.

Xatırladaq ki, kömür mədənində partlayış ötən gün axşam saatlarında baş verib.