TÜRKİYƏDƏ MƏDƏN PARTLAYIŞINDA HƏLAK OLANLARIN SAYI 40-A ÇATIB

Türkiyənin Bartın vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb.

Bunu bu gün ölkənin daxili işlər naziri Süleyman Soylu Bartında jurnalistlərə açıqlamasında deyib.

Qeyd olunub ki, hadisə nəticəsində xəsarət almış 11 nəfərin müalicəsi Bartın şəhərində və İstanbulda davam edir.

Hadisə zamanı mədəndə olan 100 nəfərdən 58-i xilas edilib.

Xatırladaq ki, kömür mədənində partlayış ötən gün axşam saatlarında baş verib.