Türkiyənin Qaradəniz bölgəsində leysan yağışları bir sıra fəsadlar törədib.
Güclü yağışlar səbəbindən bölgədə bir çox evi və iş yerlərini su basıb, torpaq sürüşmələri meydana gəlib. Yollarda yaranan irimiqyaslı gölməçələr maşınların və piyadaların hərəkətində çətinliklər yaradıb. Ölkənin Rize vilayətində torpaq sürüşməsi nəticəsində bir məktəbin hasarı çöküb. Bir neçə ev dağılma təhlükəsi ilə üzləşib. Bəzi kəndlərdən əhali təxliyə edilib. Vətəndaşlar məscidlərdə gecələməli olublar.
Yaranan vəziyyətin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən lazımi işlər başladılıb.