TÜRKİYƏDƏ HƏRBİ HELİKOPTER QƏZASINDA ÖLƏNLƏRİN SAYI 11-Ə ÇATIB

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verib.
Qeyd edək ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb. Hadisə yerinə xilasedici dəstələr cəlb olunub.
Ölənlər arasında Elazığdakı Türkiyə quru qüvvələrinin 8-ci korpus komandiri general Osman Erbaş da var.