TÜRKİYƏDƏ HƏRBÇİLƏRİMİZİN DƏ İŞTİRAK ETDİYİ BEYNƏLXALQ TƏLİMLƏRİN YENİ GÖRÜNTÜLƏRİ YAYILIB

Türkiyə Milli Müdafiə Nazirliyi Konya şəhərində keçirilən və Azərbaycan hərbi qulluqçularının da iştirak etdiyi “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimindən yeni görüntülər yayıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər Konyadakı Hərbi Hava Bazasında keçirilir.

Təlim iyunun 4-dək davam edəcək.