TÜRKİYƏDƏ “EFES-2022” ÇOXMİLLƏTLİ TƏLİMİ KEÇİRİLİR

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təlimində iştirak edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının cəlb olunduğu beynəlxalq təlim iyunun 9-dək davam edəcək.