Türkiyənin şimalındakı Bartın vilayətində baş vermiş daşqınlar nəticəsində bir nəfər həyatının itirib, daha bir nəfər itkin düşmüş hesab edilir.
Daşqın Bartının Ulus rayonunda ciddi fəsadlar törədib.
Bartın-Karabük avtomobil yolu hərəkətə bağlanıb. Bəzi kəndlərdə dağılan evlərin qalıqları altından 20 nəfər xilas edilib.
Bəzi yaşayış məntəqələrini əlaqələndirən körpülər çöküb.