TÜRKİYƏDƏ BAŞ VERƏN ZƏLZƏLƏ 14 MİLYONDAN ÇOX İNSANIN YAŞADIĞI BÖLGƏYƏ TƏSİR EDİB

Mərkəzləri Kahramanmaraşın Pazarcık və Elbistan bölgələrində baş verən zəlzələlər 10 vilayətdə 13 milyon 421 min 699 nəfərin yaşadığı bölgəyə təsir edib.

Bu barədə Türkiyə KİV-ləri xəbər verir.

Qeyd edilib ki, bölgələrdə 9 min 698-i axtarış-xilasetmə heyəti olmaqla 14 min 720 şəxs fəaliyyət göstərir.

İstanbul, İzmir və Ankaradan Qaziantep və Adanaya 17 təyyarə ilə davamlı yardım uçuşları var. Fəlakət bölgələrindəki işləri koordinasiya etmək üçün 2 Akıncı TİHA təyin edildi.