TÜRKİYƏDƏ AZƏRBAYCAN HƏRBÇİLƏRİNİN DƏ QATILDIĞI “ANATOLİAN PHOENİX-2022” TƏLİMİNƏ HAZIRLIQ BRİFİNQİ OLUB

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anatolian Phoenix-2022” taktiki-uçuş təliminə hazırlıq və mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təlimdə iştirak edəcək müxtəlif ölkələrin nümayəndələrinə təqdim olunub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotlarının və aviasiya vasitələrinin iştirakı ilə keçirilən beynəlxalq təlim may ayının 27-dək davam edəcək.