
Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Hazırkı məlumata görə, yaralıların sayı Düzcədə 37, İstanbulda 1, Zonguldakda 6, Sakaryada 1, Boluda 1 nəfər olmaqla 46 nəfərə çatıb.
XXX
Türkiyədə zəlzələ nəticəsində yaralananların sayı 32-yə çatıb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.
XXX
Türkiyənin Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində 22 nəfər xəsarət alıb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.
“Düzce vilayətində 22 yaralımız var. Onlardan biri hündürlükdən tullanıb, ağır vəziyyətdədir”, – Fahrettin Koca sosial şəbəkə hesabında yazıb.
XXX
06:00
Çərşənbə günü səhər İstanbul yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin episentri Düzce vilayətində, ocağı isə 6,8 km dərinlikdə yerləşib.
Zəlzələ Türkiyənin şimal-qərbində və mərkəzi hissəsində bir çox bölgədə hiss olunub.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində tələfat yoxdur.






