TÜRKİYƏDƏ 4,5 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

Türkiyənin şərqində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Sincik şəhərindən 7 km şimalda, ocağı isə 5 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.