TÜRKİYƏDƏ 4,4 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLUB

Türkiyənin Kahramanmaraş vilayətinin Göksün rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi məlumat yayıb.

Yerli vaxtla saat 19:40-da baş verən zəlzələnin ocağı 11,41 kilometr dərinlikdə olub.