
Türkiyənin Kahramanmaraş şəhərinin Elbistan rayonunda zəlzələ olub.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, bu gün sözügedən ərazidə yerli vaxtla saat 13.48 radələrində 4 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 8,76 km dərinlikdə yerləşib.
