TÜRKİYƏDƏ “3+3” REGİONAL PLATFORMASI ÜZRƏ XİN RƏHBƏRLƏRİNİN İCLASI BAŞLAYIB

Türkiyədə “3+3” regional platforması üzrə XİN rəhbərlərinin iclası başlayıb.

İclas Türkiyənin İstanbul şəhərində baş tutur.

İclasda Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri iştirak edir.

Türkiyə xarici işlər naziri Hakan Fidan iclasda açılış niqti ilə çıxış edib.

O bildirib ki, Cənubi Qafqazda problemləri ən yaxşı həmin bölgə ölkələri həll edə bilər.

“3+3″ regional platformasının yaradılmasının təməl hədəfi Cənubi Qafqazı yaxından əlaqələndirən bütün mövzuların müzakirə ediləcəyi bir zəminə duyulan ehtiyaca cavab verməkdir”, – deyə H.Fidan qeyd edib.

Qeyd edək ki, ötən il 23 oktyabr tarixində Tehranda “3+3” formatında XİN başçılarının görüşü keçirilib. Azərbaycanın və Rusiyanın, Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov, Hakan Fidan, Ararat Mirzoyan da “3+3” formatında görüşdə iştirak edib.