TÜRKİYƏDƏ “1915 ÇANAQQALA” KÖRPÜSÜNÜN AÇILIŞI OLUB

Türkiyədə Dardanel boğazı üzərində “1915 Çanaqqala” adlı asma körpünün açılış mərasimi keçirilib.

Körpü Birinci Dünya müharibəsi dövründəki Çanaqqala döyüşündə qazanılan tarixi qələbənin 107-ci ildönümündə açılıb.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Cənubi Koreyanın baş naziri Kim Bu Gyom iştirak edib.

Qeyd edək ki, Dardanel boğazının Avropa və Asiya sahillərini ilk dəfə birləşdirəcək “1915 Çanaqqala” körpüsünün ümumi uzunluğu 4 608 metrdir.

Dünyanın ən uzun orta aşırımlı asma körpüsü “1915 Çanaqqala” körpüsünün tikintisinə 5100 nəfər və 740 ədəd tikinti texnikası cəlb olunmuşdu.