TÜRKİYƏ XİN: TÜRKİYƏ İLƏ ERMƏNİSTAN İLKİN ŞƏRTLƏR OLMADAN DANIŞIQLARI DAVAM ETDİRMƏK BARƏDƏ RAZILIQ ƏLDƏ EDİB

dish bakanliq

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələrin görüşü müsbət və konstruktiv mühitdə keçib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirlyinin bəyanatında deyilir.

Qeyd olunub ki, ilk görüşdə tərəflər Türkiyə ilə Ermənistan arasında dialoq vasitəsilə reallaşdırılacaq normallaşma prosesinin gedişatı ilə bağlı fikir mübadiləsi aparıb.

“Tərəflər müzakirələri tam normallaşma məqsədilə ilkin şərtlər olamdan davam etdirmək barədə razılıq əldə edib. Xüsusi nümayəndələr arasında ikinci görüşün yeri və tarixi barədə əlavə məlumat veriləcək”, – nazirliyin bəyanatında deyilir.

Qeyd edək ki, Moskvada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı təyin olunmuş xüsusi nümayəndələr, Sərdar Kılıç və Ruben Rubinyan arasında görüş keçirilib.