Türkiyənin Xarici İşlər Nazirliyi Somalidə törədilən terror aktı ilə bağlı bəyanat yayıb.
Bəyanatda Türkiyənin terrorla mübarizədə bundan sonra da Somalinin yanında olacağı vurğulanır.
“Avqustun 2-də Somalinin paytaxtı Moqadişoda törədilən terror aktı nəticəsində çoxlu sayda insan tələfatının və yaralananların olduğu xəbərini dərin hüznlə öyrəndik. Bu mənfur terror aktını ən kəskin şəkildə qınayırıq. Allahdan həyatını itirənlərə rəhmət, Somali xalqına başsağlığı diləyirik”, – deyə bəyanatda qeyd olunur.