
Türkiyə Xarici İşlər Nazirliyi Sudanda yaşayan vətəndaşlarını evlərini tərk etməməyə çağırıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında yerləşdirilən açıqlamasında bildirilir.
Açıqlamada qeyd edilir ki, Türkiyə XİN Sudandakı vəziyyəti diqqətlə izləyir və vətandaşlarına fövqəladə vəziyyət yarandığda Türkiyənin Xartumdakı səfirliyinə və Nazirliyin Konsulluq Məlumat Mərkəzinə zəng etməyə çağırıb.
XİN Sudanın hava məkanının hazırda bağlı olduğunu xatırladaraq, “ölkə boyu təhlükəsizlik vəziyyətinin səyahət üçün uyğun olmadığını qeyd edib.
“Vətəndaşlarımıza evdə qalmaları tövsiyə olunur”, – deyə açıqlamada bildirilir.