TÜRKİYƏ XİN RƏHBƏRİ İRANA SƏFƏR EDƏCƏK

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 15 noyabr İrana rəsmi səfər edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi xəbər verir.

Səfər İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə baş tutacaq.

Qeyd edilir ki, səfər çərçivəsində ikitərəfli münasibətlərin bütün aspektlərdə müzakirəsi, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.