TÜRKİYƏ XİN MİLLİ DİRÇƏLİŞ GÜNÜ MÜNASİBƏTİLƏ XALQIMIZI TƏBRİK EDİB

Can Azərbaycanın 36 il əvvəl başlatdığı müstəqillik mübarizəsindəki dönüş nöqtəsi olan Milli Dirçəliş Gününü ürəkdən təbrik edirik.

Bu fikir Türkiyənin Xarici İşlər Nazirliyinin 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə yayımladığı təbrik mesajında yer alıb.

Azərbaycanın Ikinci Qarabağ müharibəsində qazandığı Zəfərə diqqət çəkilən təbrikdə həmçinin deyilir: “Eyni ruh və inamla torpaqlarındakı işğala son verən azərbaycanlı qardaşlarımızın Zəfərini bir daha təbrik edirik”.