
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərarından təəssüflənirik.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bildirilib ki, bu qərar demokratik dəyərlərə uyğun gəlmir və təmsilçilik hüququna ziddir.
“Aydındır ki, əməkdaşlıq və dialoq kanallarının bağlanması mənasını verən bu addım regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etməyəcək. Türkiyə AŞPA-nı bu səhvi tez bir zamanda düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə fokuslanmağa çağırır”, – deyə bəyanatda bildirilir.
Xatırladaq ki, yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan Respublikasının nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməyib.
AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.