TÜRKİYƏ XARİCİ ÖLKƏLƏRDƏ İLK DƏFƏ AZƏRBAYCANA MÜDAFİƏ SƏNAYESİ MÜŞAVİRİ TƏYİN EDİB

Türkiyə xarici ölkələrdə ilk müdafiə sənayesi müşaviri təyinatını Azərbaycana edib.

Bu vəzifə İlker Türközə tapşırılıb.

Türkiyə tarixində ilk dəfə olaraq Müdafiə Sənayesi İdarəsinin 9 ölkə üzrə müdafiə sənayesi müşaviri postu yaradılıb. Həmin ölkələr arasında isə ilk təyinat Azərbaycana edilib.

Qeyd edək ki, ötən gün Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçını Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevlə görüşündə müdafiə sənayesi müşaviri İlker Türköz müşayiət edib. Görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib və məsləhətləşmələr aparılıb.

Müşavir İlkər Türköz, həmçinin, “ASELSAN Bakı” şirkətinin baş direktoru Özgür Kürüm ilə də görüşüb.

Türkiyə xarici ölkələrdə ilk dəfə Azərbaycana müdafiə sənayesi müşaviri təyin etdi (FOTO)

Türkiyə xarici ölkələrdə ilk dəfə Azərbaycana müdafiə sənayesi müşaviri təyin etdi (FOTO)