TÜRKİYƏ VLADİMİR PUTİNLƏ VOLODİMİR ZELENSKİNİN GÖRÜŞÜNÜ TƏŞKİL ETMƏYƏ HAZIRDIR

Türkiyə Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenskinin görüşünü təşkil etməyə hazırdır.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

“Biz iki ölkə liderinin görüşünü böyük məmnuniyyətlə keçirməyə hazırıq”, – M.Çavuşoğlu bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da prezidentlərin görüşünün Türkiyədə keçirilməsini təklif etmişdi.