TÜRKİYƏ VƏTƏNDAŞLIĞINI ALMAQ ÜÇÜN QAYDALAR DƏYİŞİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə vətəndaşlığa müraciət şərtlərində edilən dəyişikliyi təsdiqləyib.

“Resmi Gazete”nin məlumatına görə, əcnəbilərin ölkə vətəndaşlığı ala bilməsi üçün lazım olan daşınmaz əmlakın dəyəri 250 min dollardan 400 min dollara yüksəldilib. Qərar bir ay sonra qüvvəyə minəcək.

Qeyd edək ki, 2018-ci ilin sentyabrında qəbul edilən qərarla Türkiyədə vətəndaşlıq almaq üçün əmlak dəyəri 1 milyon dollardan 250 min dollara endirilmişdi.