TÜRKİYƏ VƏ UKRAYNA PUA-NIN BİRGƏ İSTEHSALINA DAİR MÜQAVİLƏ İMZALAYIB

Ukrayna ilə Türkiyə Pilotsuz Uçuş Aparatlarının (PUA) birgə istehsalına dair müqavilə imzalayıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra açıqlamasında deyib.

Onun sözlərinə görə, “Bayraktar” PUA-larına dair bu gün imzalanan sənəd Ukraynanın müdafiə siatemini daha da gücləndirəcək.