TÜRKİYƏ VƏ UKRAYNA PREZİDENTLƏRİ ARASINDA TELEFON DANIŞIĞI OLUB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.
Bildirilib ki, liderlər Ukrayna ətrafında baş verən hadisələri, eləcə də böhranın həlli yolunda danışıqların vəziyyətini müzakirə ediblər.
Qeyd edək ki, Türkiyə Prezidenti Brüsseldə keçirilən NATO sammitindən qayıdarkən jurnalistlərə müsahibəsində yaxın günlərdə Vladimir Putinlə də telefonla danışacağını deyib.
Türkiyə tərəfi Ukrayna böhranının sülh yolu ilə və Ukraynanın ərazi bütövlüyü çərçivəsində həlli üçün təxirəsalınmaz vasitəçilik missiyası həyata keçirməkdədir.