TÜRKİYƏ VƏ UKRAYNA MÜDAFİƏ NAZİRLƏRİ ARASINDA TELEFON DANIŞIĞI OLUB

Bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Ukraynanın müdafiə naziri Oleksey Reznikov arasında telefon danışığı olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumata əsasən, nazirlər telefon danışığı zamanı Ukraynadakı son hadisələri müzakirə ediblər.

Hulusi Akar Türkiyənin Ukraynaya humanitar yardım göstərilməsi baxımından üzərinə düşəni etməyə davam edəcəyini bildirib.