TÜRKİYƏ VƏ RUSİYA XİN RƏHBƏRLƏRİNİN GÖRÜŞÜ OLACAQ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

Bunu Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov “Valday” beynəlxalq müzakirə klubunun 11-cı Yaxın Şərq konfransının açılışında deyib.

O bildirib ki, nazirlər həm ikitərəfli, həm də Suriya məsələsi ilə bağlı İranın XİN rəhbəri ilə üçtərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl S.Lavrov martın 11-13-də Antalyada keçiriləcək Diplomatiya forumunda iştirakını təsdiqləmişdi.