TÜRKİYƏ VƏ RUSİYA XİN RƏHBƏRLƏRİ QARABAĞI MÜZAKİRƏ EDİBLƏR

Türkiyə və Rusiya XİN rəhbərləri Qarabağı müzakirə ediblər.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı S.Lavrovla birgə mətbuat konfransında deyib.

Nazir Rusiya XİN başçısı ilə Suriya, Liviya, Əfqanıstan və Qarabağı müzakirə etdiyini deyib: “İkitərəfli münasibətlərimizdə elə bir ciddi problem yoxdur. Məqsədimiz bu bölgələrdə sülh və sabitliyin dayanıqlı olmasıdır”.