Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
Anadolu Agentliyinin məlumatına görə, Türkiyə dövlətinin başçısı Qazaxıstandakı iğtişaşları yaxından izlədiklərini və Qazaxıstanla həmrəy olduqlarını ifadə edib, dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.
Prezident Rəcəb Tayyib Ərdoğan Qazaxıstanda yeni hökumətin tez bir zamanda qurulmasını və gərginliyin qısa zamanda bitməsini arzuladığını bildirib.
Məlumatda qeyd olunur ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının sədri kimi quruma üzv olan ölkələrin liderləri ilə də Qazaxıstandakı vəziyyət ətrafında müzakirələr aparıb.