TÜRKİYƏ VƏ ERMƏNİSTANIN XÜSUSİ NÜMAYƏNDƏLƏRİ YANVARIN 14-DƏ GÖRÜŞƏCƏKLƏR

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri ilk görüşlərini yanvarın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində keçirəcəklər.
Məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
Qeyd edək ki, Türkiyə tərəfi təcrübəli diplomat səfir Sərdar Kılıçı Ermənistan üzrə xüsusi nümayəndə təyin edib. Qarşı tərəfin Türkiyə üzrə təyin etdiyi xüsusi nümayəndə isə Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyandır.
Hələlik xüsusi nümayəndələrin ilk görüşünün gündəliyi barədə heç bir açıqlama yoxdur.