TÜRKİYƏ VƏ ERMƏNİSTAN NÜMAYƏNDƏLƏRİNİN GÖRÜŞÜ YA TÜRKİYƏ, YA DA ERMƏNİSTANDA OLACAQ

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələrin görüşü ya Türkiyədə, ya da Ermənistanda olacaq.

Bu barədə “TRT Haber” məlumat verir.

Qeyd edilib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr – Serdar Kılıç və Ruben Rubinyan arasında növbəti görüşün nə vaxt baş tutucağı hələ dəqiqləşməyib.

“Hələlik beşinci normallaşma danışıqlarının tarixi yoxdur, bunun keçirilməsi üçün müəyyən qarşılıqlı addımlar atılmalıdır. Növbəti danışıqlar isə ya Türkiyədə, ya da Ermənistanda olacaq”, – deyə bildirilib.