Türkiyə və Azərbaycanın mina təmizləyənləri yanvar ayında 5 236 m², ümumilikdə isə 132 km² ərazini mina və əldəqayırma partlayıcılardan təmizləyib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat konfransında bildirilib.
Qeyd olunub ki, bu istiqamətdə 1 630 azərbaycanlıya təlim keçirilib.
“İki dövlət – bir millət anlayışı ilə kədərdə və sevincdə bir və bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın haqlı davalarında bu günə qədər olduğu kimi, bundan sonra da bütün imkanlarımızla yanlarında olmağa davam edəcəyimizi bir daha vurğulayırıq”, – deyə bildirilib.