Bu gün Bosfor boğazı üzərində Azərbaycan və Türkiyə qırıcıları növbəti salamlama uçuşları keçirib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
Uçuşda Türkiyə HHQ-yə məxsus F-16, F-4 və Azərbaycan HHQ-yə aid 2 ədəd MiQ-29 qırıcı təyyarələri iştirak edib.
Qeyd edək ki, bu gün İstanbulda “Texnofest-2021” festivalı başlayıb. Sentyabrın 26-dək davam edəcək festival çərçivəsində Azərbaycan və Türkiyə hərbi təyyarələri nümunəvi uçuşlar həyata keçirəcək.