TÜRKİYƏ VƏ ABŞ MÜDAFİƏ NAZİRLƏRİ REGİONAL TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDİBLƏR

Türkiyənin milli müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Lloyd Ostin ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verib.

Danışıq zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib

Tərəflər Türkiyə və ABŞ prezidentlərinin planlaşdırılan görüşü öncəsi müsbət gündəliyin formalaşdırılması istiqamətində atılacaq addımlarına diqqəti yönəldiblər.