TÜRKİYƏ SUALTI QAYIĞINI İLK DƏFƏ BAKIDA ADEX-DƏ NÜMAYİŞ ETDİRİR

Türkiyə ilk dəfə “STM 500” kiçik sualtı qayığını “ADEX 2022” dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində nümayiş etdirir.

Bu barədə şirkət nümayəndəsi bildirib.

Qeyd edək ki, sərgidə 208 şirkət təmsil olunur. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri təmsil olunur. Sərgiyə ilk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il 8 ölkə milli stendləri ilə iştirak edir.