TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİNİN İKİ ƏSGƏRİ ŞƏHİD OLUB

Türkiyə silahlı qüvvələri tərəfindən “Pəncə-Kilit” şərti adı altında aparılan növbəti antiterror əməliyyatı zaman iki türk əsgəri şəhid olub.

Bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.

Məlumata əsasən, əsgərlərdən biri bölgədə terrorçuların raket hücumu nəticəsində həlak olub. Hücum zamanı daha dörd əsgər yaralanıb.

Daha əvvəl yaralanaraq xəstəxanaya yerləşdirilən əsgərlərdən birini də xilas etmək mümkün olmayıb.

Nazirlik şəhidlərlə bağlı Türkiyə xalqına başsağlığı verib.

Xatırladaq ki, “Pəncə-Kilit” antiterror əməliyyatları İraqın şimalında yerləşən Metina, Zap və Avaşin-Basyan bölgələrində aparılır.