TÜRKİYƏ SAHİLLƏRİNDƏ ZƏLZƏLƏ OLUB

Egey dənizində, Türkiyə sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Datça rayonundan 33,46 kilometr aralıda, ocağı isə 57,6 kilometr dərindlikə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.