TÜRKİYƏ SƏYYAHLAR KLUBUNUN ÜZVLƏRİ CƏBRAYILDA

Türkiyə Səyyahlar Klubunun üzvlərinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri Cəbrayıl rayonunda davam edir.

Məlumata görə, türkiyəli səyahətçilərə Zəngəzurdan keçərək Naxçıvana, ordan isə Türkiyəyə çəkiləcək yolların əhəmiyyəti haqqında məlumat verilib.

Bildirilib ki, Horadiz-Ağbənd dəmir yolunun reallaşması bütün regionun inkişafına töhfə verəcək.

Horadiz-Ağbənd dəmir yolu xəttinin yenidən qurulması Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdirəcək. Bu dəmir yolu xətti Azərbaycan üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq.